“NATO Rusiyanın potensialını məhdudlaşdırmaq istəyir” - Narışkin

“NATO Rusiyanın potensialını məhdudlaşdırmaq istəyir” - Narışkin
Kateqoriya məlum deyil
T

Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) direktoru Sergey Narışkin NATO-nun Rusiyanın hərbi və səfərbərlik potensialını məhdudlaşdırmaq üçün Ukrayna münaqişəsinin uzadılmasında maraqlı olduğunu iddia edib.

Sfera.az xəbər verir ki, Narışkin bu barədə MDB ölkələrinin təhlükəsizlik orqanları və kəşfiyyat xidmətləri rəhbərlərinin Konfransının 22-ci iclasında çıxışı zamanı danışıb.

Onun sözlərinə görə, NATO rəhbərliyi Rusiya və Alyansın silahlı münaqişəyə hazırlıq səviyyəsini təhlil edib və nəticədə Rusiyanın hərbi-texniki və səfərbərlik imkanlarını məhdudlaşdırmağın ən effektiv yolunun Ukraynadakı münaqişəni uzatmaq olduğu qənaətinə gəlib.

“NATO-nun qərargahı həm Rusiyanın, həm də NATO-nun silahlı münaqişəyə hazırlığının təhlilini aparıb. Nəticə budur ki, Rusiyanın hərbi-texniki və səfərbərlik potensialını məhdudlaşdırmağın ən yaxşı yolu Ukrayna münaqişəsini daha da uzatmaqdır. Bu bəyanat etiraf kimi səslənir”, - deyə Narışkin bildirib.

Qeyd edək ki, Narışkinin açıqlaması Rusiyanın NATO-nun Ukrayna münaqişəsindəki roluna dair mövqeyinin növbəti ifadəsi kimi qiymətləndirilib.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR