Rusiya “Coca-Cola” zavoduna zərbələr endirdi – VİDEO

Kateqoriya məlum deyil
T
Rusiya qüvvələri Ukraynanın Kiyev vilayətinə yeni “Geran-5” hücum dronları ilə zərbələr endirib.
Sfera.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.
Məlumata görə, hücum zamanı Brovarı rayonunda yerləşən “Coca-Cola” zavodu da hədəfə alınıb. Avropada şirkətin ən böyük müəssisələrindən biri sayılan zavodda zərbədən sonra yanğın meydana gəlib.
Bundan əlavə, Slavutıç şəhəri yaxınlığında da xəsarət alanların olduğu bildirilir. İlkin məlumatlara əsasən, hücum nəticəsində yaralananlar var. Həmçinin yolda hərəkətdə olan avtomobillərə ziyan dəyib.
Mənsumə
Açar sözlər:






