Logo

Türkiyə sahilində naməlum pilotsuz kater tapıldı

Türkiyə sahilində naməlum pilotsuz kater tapıldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Türkiyənin Qara dəniz sahilində yerləşən Samsun vilayətində sahilə mənsubiyyəti hələ müəyyən edilməyən pilotsuz kater çıxıb.

Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, pilotsuz kater Çarşamba rayonunda yerli balıqçı tərəfindən aşkarlanıb. Balıqçı hadisə barədə jandarmaya və sahil mühafizəsinə məlumat verib.

Katerin aşkarlandığı ərazi mühasirəyə alınıb və obyekti araşdırmaq üçün əraziyə ekspertlər göndərilib.

Qeyd edək ki, bundan əvvəl Türkiyənin Qara dəniz sahilində yerləşən Zonguldaq vilayəti yaxınlığında dənizdə pilotsuz uçuş aparatı aşkarlanmışdı. Partlayış təhlükəsi olan aparat istehkamçılar tərəfindən zərərsizləşdirilmişdi.

Son dövrlərdə Türkiyənin Qara dəniz sahilindəki vilayətlərində, o cümlədən partlayıcı maddələr daşıyan pilotsuz uçuş aparatlarının qalıqları dəfələrlə aşkarlanıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR