Rusiya Britaniyanın Ukrayna üçün silah istehsal edən şirkətlərinə hücum edəcək?

Rusiya Britaniyanın Ukrayna üçün silah istehsal edən şirkətlərinə hücum edəcək?
Kateqoriya məlum deyil
T

Britaniya hakimiyyəti yayın əvvəlində müdafiə sənayesi şirkətlərinin rəhbərləri ilə qapalı görüş keçirərək onları Rusiya tərəfindən mümkün hücumlar, casusluq və diversiya cəhdləri barədə xəbərdar edib.

Sfera.az xəbər verir ki, bu barədə Daily Mail yazıb.

Görüşdə Ukrayna üçün silah və dron istehsal edən şirkətlərin, o cümlədən Ukrspecsystems, Callen-Lenz və “Storm Shadow” raketlərini istehsal edən MBDA nümayəndələrinin iştirak etdiyi bildirilir.


Xəbərdarlıq Rusiyanın Almaniyanın iki müdafiə şirkətinin rəhbərlərinə qarşı sui-qəsd təşkil etməyə çalışdığı barədə məlumatların fonunda verilib. Mümkün hədəflərdən biri Ukrayna üçün 4,2 milyard funt sterlinq dəyərində müqavilə əsasında artilleriya mərmiləri istehsal edən Rheinmetall şirkətinin rəhbəri Armin Papperger olub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR