Kubada ərzaq böhranı dərinləşir: İdxaldan asılılıq artır

Kubada ərzaq böhranı dərinləşir: İdxaldan asılılıq artır
Kateqoriya məlum deyil
T

Kubada uzun müddətdir davam edən iqtisadi böhran ərzaq təminatına da ciddi təsir göstərib. Ölkədə yerli kənd təsərrüfatı istehsalının zəifləməsi və əsas resurs çatışmazlığı ərzaq idxalından asılılığın artmasına səbəb olub.

Sfera.az xəbər verir ki, BMT-nin Dünya Ərzaq Proqramı da Kubanın ərzaq sistemində idxaldan yüksək asılılığı və əhalinin müxtəlif və keyfiyyətli qidaya çıxış imkanlarının məhdudluğunu əsas problemlər sırasında göstərir.

Hazırda adada ərzaq, yanacaq və digər əsas məhsulların çatışmazlığı daha da kəskinləşib. Yanacaq qıtlığı elektrik enerjisinin istehsalına və nəqliyyat sisteminə ciddi zərbə vuraraq kənd təsərrüfatı və ərzaq tədarükü zəncirinə də mənfi təsir göstərir.

Böhranın fonunda Kubada istehsalın azalması məhsulların bahalaşmasına və əhalinin gündəlik tələbatını ödəməkdə daha böyük çətinliklərlə üzləşməsinə gətirib çıxarır. Yerli və beynəlxalq mənbələr ölkənin ərzaq təhlükəsizliyinin həm daxili istehsal problemləri, həm də xarici təzyiqlər səbəbilə ciddi risk altında olduğunu bildirirlər.

Son aylarda ölkədə enerji böhranının dərinləşməsi də vəziyyəti ağırlaşdırıb. Elektrik kəsintiləri, yanacaq çatışmazlığı və nəqliyyat problemləri ərzaq məhsullarının istehsalı, saxlanması və paylanmasına əlavə maneələr yaradır.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR