"Hizbullah" bu mövqelərdən çəkilmək istəmir

Kateqoriya məlum deyil
T
"Hizbullah" hərəkatı Livanın cənubundakı strateji Ali-et-Taher yüksəkliklərinin nəzarətini ölkənin rəsmi ordusuna verməyi qəti şəkildə rədd edib.
Sfera.az xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı məlumat yayıb.
Bildirilib ki, qruplaşmanın silahlı qanadının nümayəndəsi mövqelərindən geri çəkilməyəcəklərini bəyan edib.
"Əgər İsrail ordusu bu strateji yüksəklikləri ələ keçirməyə çalışarsa, ən sərt və sarsıdıcı müqavimətlə üzləşəcək".
Livan hökumətindəki rəsmi mənbələr isə son 48 saat ərzində vəziyyəti sabitləşdirmək üçün göstərilən bütün diplomatik səylərin rəsmən uğursuzluğa düçar olduğunu etiraf ediblər./Teleqraf






