"Buçadakı faciəyə görə hərbçilər cəzalandırılacaq" - Zelenski

Kateqoriya məlum deyil
T
Ukrayna Prezidenti Volodimir Zelenski Buça rayonunun Mila kəndindəki silah anbarının vurulması və ardınca baş verən kütləvi ölümlərlə bağlı çox sərt bəyanat yayıb.
Sfera.az xəbər verir ki, dövlət başçısı Rusiya zərbəsindən sonra baş verən güclü partlayış nəticəsində ətrafdakı yaşayış binalarının və əlillər üçün pansionatın tamamilə dağıldığını diqqətə çatdırıb.
Zelenski orduda səhlənkarllığa yol verənlərin cəzalandırılacağını elan edib:
"Buna icazə verənlər mütləq məsuliyyət daşımalıdırlar. Milli Polis və Ukrayna Təhlükəsizlik Xidməti (SBU) artıq xidməti laqeydlik maddəsi ilə cinayət işi açaraq istintaqa başlayıb. Silah-sursatın yaşayış binalarının yanında saxlanılması yolverilməzdir. Müvafiq nəticələr çıxarılacaq"./Teleqraf
Açar sözlər:






