Logo

İsraildən Türkiyəyə güc nümayişi

İsraildən Türkiyəyə güc nümayişi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Türkiyə ilə gərginliyin artması fonunda İsrail və Yunanıstan Aralıq dənizində birgə dəniz təlimləri keçiriblər.

Sfera.az axar.az-a istinadən bildirir ki, bu barədə "Tayms of İsrail" məlumat yayıb.

Təlimlərdə İsrail raket kreyserləri və Yunanıstan Hərbi Dəniz Qüvvələrinin gəmiləri iştirak edib.

İsrail Müdafiə Qüvvələrinin məlumatına görə, ordu dənizdə təhdidlərin aşkarlanması və zərərsizləşdirilməsi, gəmilər arasında birgə əməliyyatlar və düşmən gəmilərinin raket atəşi ilə məhv edilməsi kimi sahələri inkişaf etdirib.

Təlimlər Liviya və Türkiyənin Aralıq dənizində dəniz sərhədləri haqqında sazişi ratifikasiya etməsindən bir neçə gün sonra baş tutub. İsrail, Yunanıstan və bir sıra digər ölkələr bu tənzimləməyə qarşı çıxırlar.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR