Pentaqon rəhbəri barəsində yayılan iddiaları təkzib etdi

Pentaqon rəhbəri barəsində yayılan iddiaları təkzib etdi
Kateqoriya məlum deyil
T

Pentaqon rəhbəri Pit Heqset 2028-ci ildə ABŞ prezidentliyinə namizəd olmaq niyyətində olduğu barədə yayılan məlumatı təkzib edib.

Sfera.az xəbər verir ki, Heqset “X” hesabında "NBC News"un məlumatını “tamamilə yalan” adlandırıb. O bildirib ki, anonim anonim mənbələrə əsaslanaraq yalan xəbər yayıb.

Heqset hazırda əsas məqsədinin ABŞ Müdafiə Nazirliyini "yenidən böyük etmək" olduğunu vurğulayıb.

Bundan əvvəl "NBC News" mənbələrə istinadən Heqsetin yaxın çevrəsi ilə 2028-ci il prezident seçkilərində iştirak imkanını müzakirə etdiyini bildirib.

“The Washington Post” isə yazıb ki, ABŞ lideri Donald Tramp Respublikaçılar Partiyasının sponsorlarına prezident seçkilərində vitse-prezident Cey Di Vensi ali dövlət postuna namizəd qismində görmək istədiyini söyləyib

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR