Nepalda ölənlərin sayı 538 nəfərə çatdı

Nepalda ölənlərin sayı 538 nəfərə çatdı
Kateqoriya məlum deyil
T

Nepalda baş verən şiddətli daşqınlar nəticəsində həyatını itirənlərin sayı artaraq 538 nəfərə çatıb.

Sfera.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən rəsmi açıqlama yayıb.

Hökumət nümayəndələrinin təqdim etdiyi son hesabata əsasən, indiyədək 538 meyit aşkar edilib, daha 977 nəfər isə itkin düşmüş sayılır.

Rəsmi statistikaya görə, təbii fəlakət zamanı 73 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 3 742 vətəndaş isə təhlükəsiz əraziyə təxliyə edilib.

Fəlakət zonasında həyata keçirilən axtarış-xilasetmə tədbirlərində təqribən 15 min nəfərlik heyət iştirak edir.

Nepalın Turizm Nazirliyindəki mənbəyə istinad edən "Reuters" agentliyi bildirib ki, daşqınlardan zərər çəkmiş bölgələrdən 117 əcnəbi turist də xilas olunub.\\oxu.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR