Macarıstana məxsus təyyarə qəzaya uğradı

Macarıstana məxsus təyyarə qəzaya uğradı
Kateqoriya məlum deyil
T

Macarıstan ordusuna məxsus "Gripen" qırıcı təyyarəsi Macarıstanın mərkəzindəki Szolnok şəhəri yaxınlığında qəzaya uğrayıb – hadisə nəticəsində xəsarət alan olmayıb.


Sfera.az xəbər verir ki, "X" platformasında Macarıstanın Baş naziri Peter Magyar Macarıstan Müdafiə Qüvvələrinə məxsus Qripen tipli helikopterin Szolnok şəhəri yaxınlığında tapıldığını bildirib.

Magyar təyyarə qəzasının səbəbinin hələ də məlum olmadığını, lakin pilotun katapult oturacağından istifadə edərək sağ qaldığını qeyd edib.


O, qəzanın səbəbini müəyyən etmək üçün araşdırma başlandığını və müdafiə naziri Romulusz Ruszin-Szendinin hadisə yerinə getdiyini deyib.


Peter Magyar qeyd edib ki, ilkin məlumatlara görə, hadisə nəticəsində heç kim xəsarət almayıb və mülki infrastruktura ziyan dəyməyib.


İradə Elsevər


PAYLAŞ

OXŞAR XƏBƏRLƏR