Dünyada baş verən 10 müsbət hadisə - SİYAHI

Dünyada baş verən 10 müsbət hadisə - SİYAHI
Kateqoriya məlum deyil
T

Gündəlik informasiya axınında tez-tez neqativ xəbərlərlə qarşılaşsaq da, dünyanın müxtəlif guşələrində bəşəriyyət və təbiət üçün ümidverici, müsbət dəyişikliklər baş verməkdə davam edir.

Sfera.az çox vaxt diqqətdən kənarda qalan, lakin gələcəyə inamı artıran həmin mühüm hadisələrin siyahısını təqdim edir:

Almaniyalı tədqiqatçılar zədələnmiş oynaq qığırdaqlarının bərpasına şərait yaradan perspektivli xüsusi gel hazırlayıblar. Bu kəşfin tibb sahəsində mühüm dönüş nöqtəsi olacağı gözlənilir.

Keniyada Vəhşi Təbiəti Mühafizə Xidmətinin əməkdaşları valideynsiz qalmış fil balalarının özlərini təhlükəsizlikdə hiss etmələri və psixoloji gərginlikdən azad olmaları üçün gecələr onların yanında yatırlar.

Digər müsbət hadisə idə Yaponiyadadır. Belə ki, Yaponiyanın bir sıra bölgələrində tikinti və infrastruktur layihələri zamanı çoxillik ağaclar kəsilmir, xüsusi texnologiya ilə kökündən çıxarılaraq başqa ərazilərə köçürülür.

Mütəxəssislərin və təbiəti mühafizə təşkilatlarının birgə səyləri nəticəsində nəhəng pandalar rəsmi olaraq “nəsli kəsilməkdə olan növ” statusundan çıxarılıb.

Digər xəbər isə Malavidə qadın qəbilə rəhbərinin təşəbbüsü ilə minlərlə uşaq nikahının qarşısı alınıb. Bu addım sayəsində yüzlərlə gənc qıza təhsilini davam etdirmək üçün ikinci şans yaradılıb.

İspaniyanın kəndlərindən birində isə yaşlı qadınlar yay aylarında küçələrin sərin qalmasını təmin etmək məqsədilə əl əməyi ilə böyük günəş kölgəlikləri toxuyublar.

72 yaşında tibb fakültəsini bitirən qadın 73 yaşında rezidentura təhsilinə başlayıb. O, insanlara kömək etmək və yeni peşəyə yiyələnmək üçün heç vaxt gec olmadığını sübut edib.

Danimarkada istifadədən çıxarılmış köhnə avtobuslar yenidən avadanlıqla təmin edilərək səyyar ərzaq mağazalarına çevrilib. Bu nəqliyyat vasitələri uzaq kənd ərazilərinə təzə məhsulların çatdırılmasını təmin edir.

Niderlandda yağış kanalizasiyası sistemlərinin daxilində xüsusi kiçik nərdivanlar quraşdırılıb. Bu qurğular su axınına düşən kirpilərin xilas edilməsinə xidmət edir.

Sloveniya Avropa İttifaqında içməli suya əlçatanlıq hüququnu birbaşa ölkə Konstitusiyasında təsbit edən ilk dövlət olub.

Mütəxəssislər bildiriblər ki, dünyada hər gün cəmiyyəti və ətraf mühiti yaxşılığa doğru dəyişən yüzlərlə belə təşəbbüs reallaşdırılır.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR