Logo

Estoniyanın keçmiş Baş naziri Siim Kallas vəfat edib

Estoniyanın keçmiş Baş naziri Siim Kallas vəfat edib
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Estoniya İslahat Partiyasının qurucusu və ölkənin keçmiş Baş naziri Siim Kallas 77 yaşında vəfat edib.

Sfera.az xəbər verir ki, onun ölümünü qızı, Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas açıqlayıb.

Kaja Kallas atasının ölüm xəbərini sosial şəbəkədə paylaşdığı foto ilə duyurub.

"Dərin kədərlə bildirirəm ki, əziz atam bu gecə vəfat edib", - deyə o yazıb.

Siim Kallas 2002-2003-cü illərdə Estoniyanın Baş naziri olub. O, 1994-cü ildə İslahat Partiyasının yaradıcılarından biri olub, 2004-2014-cü illərdə isə Avropa Komissiyasının sədr müavini və komissarı vəzifələrində çalışıb. (ERR)

Onun ölüm səbəbi açıqlanmayıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR