Yayda dünyanın ən gözəl 10 şəhəri - ADLAR

Yay səyahətləri üçün dünyanın ən gözəl şəhərləri müəyyənləşdirilib. Siyahıda Avropa şəhərləri üstünlük təşkil edib.
Sfera.az xəbər verir ki, araşdırma “Premier Inn” hotel şəbəkəsi tərəfindən 60-dan çox şəhərin yay görüntüləri üzərində aparılıb. Şəhərlərin fotolarına baxan insanların göz hərəkətləri xüsusi texnologiya vasitəsilə izlənilib və hansı görüntülərin daha tez diqqət çəkdiyi, baxışların hansı fotolarda daha uzun qaldığı müəyyənləşdirilib.
Nəticələrə görə, Kanadanın Banff şəhəri 96 bal toplayaraq dünyanın ən gözəl yay şəhəri seçilib. İştirakçılar dağlarla əhatələnmiş, taxta evləri ilə seçilən şəhərin görüntüsünə orta hesabla 3,2 saniyə baxıblar.
İkinci yerdə Yunanıstanın Mikonos adası 87,3 balla qərarlaşıb. Ağ rəngli evləri və mavi dənizi ilə tanınan Mikonos iştirakçıların diqqətini ən sürətli cəlb edən məkan olub.
Üçüncü yeri Avstraliyanın Sidney şəhəri 85,6 balla tutub. Belçikanın Brügge şəhəri 84,1 balla dördüncü, Böyük Britaniyanın Bristol şəhəri isə 83,7 balla beşinci olub.
Ümumilikdə, ilk 30-luqda 19 Avropa şəhəri yer alıb. Böyük Britaniyanın beş, Almaniyanın isə dörd şəhəri siyahıya düşüb.
Dünyanın ən gözəl 10 yay şəhəri:
Banff, Kanada – 96,0 bal
Mikonos, Yunanıstan – 87,3 bal
Sidney, Avstraliya – 85,6 bal
Brügge, Belçika – 84,1 bal
Bristol, Böyük Britaniya – 83,7 bal
Palma de Mallorca, İspaniya
Kyoto, Yaponiya
Kotor, Monteneqro
Oklend, Yeni Zelandiya
Los-Anceles, ABŞ
İnci
Sfera.az





