2027-ci ildə bu şəhərlər qaranlığa qərq olacaq

2027-ci ildə bu şəhərlər qaranlığa qərq olacaq
Kateqoriya məlum deyil
T

2027-ci il avqustun 2-də baş verəcək tam Günəş tutulması Şimali Afrika, Avropa və Yaxın Şərqin bəzi ərazilərindən müşahidə olunacaq.

Sfera.az AzEdu.az-a istinadən xəbər verir ki, NASA-nın məlumatına görə, tutulmanın ən uzun davam edəcəyi məntəqə Misirin Luksor şəhəri yaxınlığında olacaq. Burada tam tutulma 6 dəqiqə 23 saniyə davam edəcək.

Bu, 2114-cü ilə qədər Yer kürəsində müşahidə ediləcək ən uzun tam Günəş tutulması olacaq. Tutulma zolağı İspaniyanın cənubundan, Cəbəllütariqdən və Mərakeşdən keçərək Əlcəzair, Tunis, Liviya, Misir, Səudiyyə Ərəbistanı, Yəmən və Somaliyə qədər uzanacaq.

Tam tutulmanın müşahidə ediləcəyi zolağın eni təxminən 259 kilometr olacaq. İspaniyanın Kadis, Mərakeşin Tanjer, Əlcəzairin Oran, Liviyanın Benqazi və Səudiyyə Ərəbistanının Ciddə şəhərləri də bu zolaqda yerləşəcək.

Oksford Universitetinin astrofizika professoru Rocer Devisin sözlərinə görə, 6 dəqiqə 23 saniyə müşahidə üçün kifayət qədər uzun müddətdir. Bu müddətdə gözlər qaranlığa uyğunlaşacaq və adi şəraitdə görünməsi çətin olan bəzi planet və parlaq ulduzları müşahidə etmək mümkün olacaq.

Lakin Luksorda müşahidəçiləri yüksək temperatur da gözləyir. Yay aylarında şəhərdə havanın temperaturu gündüz saatlarında 41 dərəcəni keçə bilir.

Luksorda tutulmanın 6 dəqiqədən çox davam etməsi astronomik müşahidələr üçün əlverişli şərait yaradacaq. Mütəxəssislərin sözlərinə görə, bu müddət ərzində adi vaxtlarda görünməyən bəzi ulduz və planetləri müşahidə etmək mümkün olacaq.

Tutulmaya böyük maraq səbəbindən Luksorda otellərin böyük hissəsində yerlərin artıq rezervasiya edildiyi bildirilir.

Qahirədə isə tam tutulma müşahidə olunmayacaq. Buna baxmayaraq, şəhərdə Günəşin təxminən 94 faizi örtüləcək.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR