"Telegram" bir gündə 100 mindən çox kanal və qrupu blokladı

"Telegram" bir gündə 100 mindən çox kanal və qrupu blokladı
Kateqoriya məlum deyil
T

"Telegram" bir sutka ərzində 100 mindən çox qrup və kanalı bloklayıb. Mesencerin statistikasına əsasən, bu göstərici son günlərdə ilk dəfə 100 min həddini keçib.

Sfera.az xəbər verir ki, çərşənbə axşamı "Telegram"da ümumilikdə 106 584 qrup və kanal bloklanıb. Ümumilikdə bu həftə "Telegram"da 189 889 qrup və kanal fəaliyyətinin qarşısı alınıb. 2026-cı ilin əvvəlindən etibarən bloklanan qrup və kanalların sayı isə 23 milyon 194 min 182-yə çatıb.

Qeyd edək ki, avqustun 18-i axşam saatlarında "Runet"də genişmiqyaslı problem yaşanıb. Rusiya texnologiya şirkətlərinin nümayəndələrinin sözlərinə görə, buna rabitə qovşaqlarından birində elektrik enerjisinin verilişində yaranan fasilələr səbəb olub.\\publika.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR