Trampın onunla eşq yaşadığı iddia olundu - FOTO

ABŞ Prezidenti Donald Tramp ilə köməkçisi Natali Harp arasındakı yaxınlıq son günlər Ağ Evin gündəminin diqqət çəkən mövzularından birinə çevrilib.
İkili arasında eşq münasibəti olduğu barədə iddialardan sonra Trampın jurnalistlərin suallarına sərt reaksiya verməsi müzakirələri daha da alovlandırıb.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-nin Demokrat senatoru Con Ossoff Trampın prezidentlik vəzifəsinə diqqət yetirmək əvəzinə Qətər əmirinin hədiyyə etdiyi təyyarədə köməkçisi Natali Harpla səyahət etməyə üstünlük verdiyini iddia edib. Ossoffun açıqlamaları Tramp və Harp arasındakı yaxınlıqla bağlı müzakirələri yenidən gündəmə gətirib.
Mövzunu işıqlandıran “CNN International” müxbiri Kristen Holms isə Trampın sərt reaksiyası ilə qarşılaşıb. Tramp jurnalistə “Susun, siz yalançısınız” deyib. Bundan sonra Ağ Evin sosial media hesabında yayılan paylaşımda Holms “iyrənc və qeyri-insani sual verməkdə” ittiham olunub və jurnalistlərə qarşı sərt ifadələr işlədilib.
CNN-ə danışan Ağ Ev mənbələri Trampın Natali Harpın ona göstərdiyi diqqətdən son dərəcə məmnun olduğunu iddia ediblər. “Onun özünə bağlı olmasından çox razıdır. Nə deyirsə, edir və heç vaxt tərəddüd etmir”, - deyə mənbələrdən biri bildirib.
Harpın Tramp üzərindəki təsiri ilə bağlı iddiaların Respublikaçılar Partiyası daxilində də narahatlıq yaratdığı bildirilib.
Bəsti Rəfizadə







