Suriya bombalandı

Suriya bombalandı
Kateqoriya məlum deyil
T

Suriyanın İdlib şəhərinin ətrafında yerləşən Əbu Zühur hərbi aerodromuna bir neçə hava zərbəsi endirilib.

Sfera.az xəbər verir ki, bu barədə “Al Arabiya” məlumat yayıb.

Telekanalın mənbələri zərbələrin İsrail tərəfindən həyata keçirildiyini ehtimal etsələr də, Təl-Əviv tərəfindən hələlik bununla bağlı heç bir rəsmi təsdiq verilməyib.

Hadisə İsrail mediasının ötən həftə yaydığı məlumatdan sonra baş verib. Həmin məlumata görə, ABŞ İsrailin Suriya ərazisindəki hədəflərə hava zərbələri endirmək barədə müraciətini rədd edib. İsrailin hansı hədəfləri vurmaq istədiyi isə açıqlanmayıb./Teleqraf

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR