İndoneziyada zəlzələdə ölənlərin sayı 53-ə çatdı

İndoneziyanın Flores adası yaxınlığında baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 53-ə yüksəlib.
Sfera.az xəbər verir ki, bu barədə İndoneziyanın Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Milli Agentliyi məlumat yayıb.
Məlumata görə, zəlzələ avqustun 15-də gecə saatlarında Flores adası yaxınlığında qeydə alınıb və 7,7 maqnitudada olub.
BNPB-nin direktor vəzifəsini icra edən Berton Pancaytan bildirib ki, ölənlərin 25-i Manqqaray, 20-si Şərqi Manqqaray, 4-ü Sikka, biri Qərbi Manqqaray, biri Naqekeo, ikisi isə Ende rayonunun sakinləridir.
Son məlumatlara əsasən, təbii fəlakət nəticəsində 137 nəfər xəsarət alıb. Yaralılar yerli xəstəxanalarda müalicə olunur.
Bundan başqa, 5 488 nəfər hələ də təxliyə mərkəzlərində yerləşdirilib. İndoneziya rəsmiləri zəlzələnin fəsadlarının aradan qaldırılması və zərərçəkənlərə yardım göstərilməsi istiqamətində işləri davam etdirirlər.
İnci
Sfera.az






