Sofiya adı Avropada ən populyar qız adlarından birinə çevrildi

Kateqoriya məlum deyil
T
Sofiya adı Avropanın bir sıra ölkələrində qız uşaqları üçün ən çox seçilən ad olaraq önə çıxıb.
Sfera.az xəbər verir ki, Almaniyada Sofiya adı 2023-cü ildən etibarən üç il ardıcıl olaraq qız adları reytinqində birinci yerdədir.
İtaliyada da Sofiya ən populyar qız adı olub. Polşada isə 2025-ci ildə ən çox seçilən qız adı kimi birinci pillədə qərarlaşıb.
Slovakiyada Sofiya 2022-ci ildən liderliyini qoruyur. İspaniyada da ad böyük fərqlə ilk sıradadır. 2024-cü ildə ölkədə təxminən 3,3 min yeni doğulan qıza Sofiya adı verilib.
Böyük Britaniyada isə Sofiya son illərdə ən populyar 20 qız adı arasında yer alır.
Açar sözlər:






