Dünyanın ikinci ən böyük almazına nəhayət alıcı tapıldı

Kateqoriya məlum deyil
T
Botsvanada 2024-cü ildə aşkarlanan 2488,32 karatlıq “Motsvedi” almazı təxminən iki ildən sonra alınıb.
Sfera.az xəbər verir ki, Kanadanın Lucara Diamond şirkəti satış faktını açıqlasa da, alıcının kimliyini və daşın hansı qiymətə satıldığını bildirməyib.
GIA-nın məlumatına görə, “Motsvedi” tarixdə tapılmış ən böyük keyfiyyətli xam almazlar arasında ikinci yerdədir. Birinci yerdə 1905-ci ildə Cənubi Afrikada aşkarlanan 3106 karatlıq “Kullinan” almazı dayanır.





