“Oskar”a namizəd olan rejissor öldü

“Oskar”a namizəd olan rejissor öldü
Kateqoriya məlum deyil
T

Məşhur amerikalı rejissor və aktyor Mark Raydell 97 yaşında vəfat edib.

Sfera.az xəbər verir ki, bu barədə “The Hollywood Reporter” məlumat yayıb. Kinorejissor Vudlend-Hillzdə kino və televiziya işçiləri üçün nəzərdə tutulan qocalar evində təbii səbəblərdən dünyasını dəyişib.

Qeyd edək ki, Raydell aktyor kimi “Uzun vida” və “Hollivudun sonu” filmlərində rol alıb.

1960-cı illərin ortalarında ilk filmi “Tülkü”nü rejissor kimi təqdim edən sənətçi karyerasının ən böyük uğuruna 1981-ci ildə çəkdiyi “Qızıl göldə” filmi ilə imza atıb. Henri Fonda, Ceyn Fonda və Ketrin Hepbernın rol aldığı ekran işi Raydellə “Oskar”da “Ən yaxşı rejissor” nominasiyası qazandırıb.

Onun rejissor kimi filmografiyasına “Oğrular”, “Kovboylar”, “Gecə yarısına qədər işdən çıxarılma”, “Harri və Uolter Nyu-Yorka gedirlər”, “Qızılgül”, “Çay”, “Oğlanlar üçün”, “Külli miqdarda pul”, “Ceyms Din” və “Kəsişmə” kimi filmlər daxildir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR