İndoneziyada zəlzələdə ölənlərin sayı 20-yə çatdı

İndoneziyada zəlzələdə ölənlərin sayı 20-yə çatdı
Kateqoriya məlum deyil
T

İndoneziyada baş verən zəlzələ nəticəsində ən azı 20 nəfər həlak olub.

Sfera.az xəbər verir ki, bu barədə "France-Presse" agentliyi məlumat yayıb.

Bundan əvvəl beş ölüm hadisəsi barədə məlumat yayılmışdı.

Qeyd edək ki, İndoneziyada zəlzələnin gücü 7,7 bal olub. İlkin təkandan sonra güclü afterşoklar baş verib. Flores adası sahillərində yaşayan sakinlərə sunami təhlükəsi səbəbindən evlərini tərk etmələri və sahildən ən azı 2 kilometr aralıda qalmaları tövsiyə edilib. "Jakarta Globe" qəzetinin məlumatına görə , adada dövlət və yaşayış binaları, məktəblər, tibb müəssisələri və dini qurumlar zərər görüb./Teleqraf

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR