Ukrayna Leninqradda qaz obyektini vurdu

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiyanın Leninqrad vilayətinin Sloboda yaşayış məntəqəsində yerləşən “Novatek-Ust-Luqa” kompleksinin vurulduğunu təsdiqləyib.
Sfera.az xəbər verir ki, bu barədə Baş Qərargahın sosial media hesabında bildirilib.
Hücumdan sonra kompleksdə yanğın baş verib. Məlumata görə, hava hücumu zamanı iki emal qurğusu vurulub.
Ukrayna ordusunun Baş Qərargahı qeyd edib ki, “Novatek-Ust-Luqa” sabit qaz kondensatının fraksiyalaşdırılması və emalı üçün nəzərdə tutulmuş istehsal və yükləmə-boşaltma kompleksidir. Müəssisənin gücü ildə təxminən 8 milyon ton təşkil edir.
Bildirilib ki, kompleksin istehsal etdiyi məhsullardan Rusiyanın hərbi-iqtisadi fəaliyyətində istifadə olunur və bunlar Silahlı Qüvvələrin tələbatının təmin edilməsinə cəlb edilib.
Dəymiş zərərin miqyası və zərbənin nəticələri dəqiqləşdirilir.






