Rusiya Sumıya dron zərbəsi endirdi, ana və 9 yaşlı oğlu öldü

Rusiya Sumıya dron zərbəsi endirdi, ana və 9 yaşlı oğlu öldü
Kateqoriya məlum deyil
T

Rusiya ordusunun Ukraynanın Sumı vilayətinin Burın icmasında iki reaktiv pilotsuz uçuş aparatı ilə yaşayış evinə endirdiyi zərbə nəticəsində 29 yaşlı qadın və onun 9 yaşlı oğlu ölüb.

Sfera.az xəbər verir ki, bu barədə Sumı vilayəti hərbi administrasiyasının rəhbəri Oleq Qriqorov məlumat verib.

Onun sözlərinə görə, zərbə səhər saatlarında endirilib. Hücum nəticəsində fərdi yaşayış evi ciddi dağılıb və yanğın baş verib. Qadın və onun azyaşlı oğlu hadisə yerində həyatını itirib.

Daha 4 nəfər yaralanıb./APA

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR