Zelenskidən iddialı açıqlama: "Liderlərdən biri olmaq istəyirik"

Zelenskidən iddialı açıqlama: "Liderlərdən biri olmaq istəyirik"
Kateqoriya məlum deyil
T

Ukrayna 2026–2027-ci illərdə öz ballistik proqramının inkişafı və milli antiballistik sistemin yaradılmasında əhəmiyyətli nəticələr əldə edəcəyini gözləyir.

Sfera.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynanın ballistik proqramının hazırlanması və FREYJA antiballistik təşəbbüsünün həyata keçirilməsinə həsr olunmuş müşavirənin yekunları üzrə öz teleqram kanalında məlumat verib.

V.Zelenski qeyd edib ki, mövcud ehtiyaclar, layihənin gedişatı və artıq tamamlanmış mərhələlər barədə məruzələr dinlənilib, həmçinin sonrakı iş qrafiklərinə və istehsal imkanlarına baxılıb.

"Öz ballistik proqramını və yeni antiballistik sistemini yaratmaq - belə texnologiyalara malik olan dünya ölkələrinin çevrəsinə daxil olmaq deməkdir. Ukrayna bunun üçün güclü elmi bazaya və zəruri səriştələrə malikdir. Biz 2026–2027-ci illər ərzində yaxşı nəticələr əldə edəcəyimizi gözləyirik", - o yazıb.

V.Zelenski, həmçinin qeyd edib ki, müşavirə iştirakçıları kritik vacib komponentlərə çıxış, tərəfdaşlarla texnoloji əməkdaşlıq və avadanlıq istehsalının lokallaşdırılması ilə bağlı əsas məsələləri müzakirə ediblər.

"FREYJA inkişaf edir və bu, son dərəcə vacibdir. Bu, bizim ümumi təhlükəsizliyimiz üçün strateji əhəmiyyət kəsb edən bir Avropa təşəbbüsüdür. Çünki ballistik təhdidlərə səmərəli şəkildə qarşı çıxmağa imkan verəcək. Biz işi davam etdiririk", - o vurğulayıb.

Bundan əlavə, V.Zelenski beynəlxalq tərəfdaşlarla texnoloji əməkdaşlıq, istehsalın lokallaşdırılması, eləcə də PAC-2 və PAC-3 raketlərinin tədarükü məsələlərinə dair danışıqlar barədə məlumat verib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR