Türkiyə hərbi aviasiyada Avropa ölkələrini geridə qoydu - HESABAT

Türkiyə hərbi aviasiyada Avropa ölkələrini geridə qoydu - HESABAT
Kateqoriya məlum deyil
T

Avropa ölkələrinin hərbi hava qüvvələrinin gücü yenidən qiymətləndirilib.

Sfera.az xəbər verir ki, ABŞ-də nəşr olunan "National Interest" jurnalı döyüş qabiliyyəti, texnologiya, döyüş hazırlığı və müdafiə sənayesi infrastrukturunu nəzərə alaraq Avropanın ən güclü hava qüvvələrini sıralayıb.

Bu sıralamaya əsasən, Türkiyə Rusiyadan sonra ikinci yeri tutaraq bir çox güclü Avropa ölkəsini geridə qoyub.

Təhlildə Türkiyənin NATO daxilində ən böyük Avropa hava qüvvələrindən birinə sahib olduğu vurğulanıb. Hesabata görə, Türkiyə təxminən 1000 təyyarə və təxminən 300 qırıcı təyyarə ilə Avropada ikinci ən güclü hava qüvvəsinə malikdir. Qeyd edilib ki, Hava Qüvvələrinin əsasını Amerika istehsalı olan F-16 "Fighting Falcon" qırıcı təyyarələri təşkil edir. Təhlildə beşinci nəsil KAAN qırıcı təyyarəsi layihəsinin ölkənin ən vacib modernləşdirmə səylərindən biri olduğu bildirilib. Bundan əlavə, xüsusilə Bayraktar TB2 pilotsuz uçuş aparatlarının Türkiyənin hava gücündə üstünlük təşkil etdiyi vurğulanıb.

Vasif

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR