Bu ölkə adını dəyişdirdi: Artıq bu adla tanınacaq

Sakit okeanda yerləşən və əhalisinin sayına görə dünyanın üçüncü ən kiçik dövləti olan Nauru rəsmi adını dəyişərək ənənəvi yerli adı “Naoero Respublikası”nı qəbul edib.
Sfera.az xəbər verir ki, ölkə rəhbərliyi bu qərarın müstəmləkə dövründən qalan adlandırmadan imtina edərək milli kimliyi, dili və tarixi irsi daha dolğun şəkildə əks etdirmək məqsədi daşıdığını bildirib.
Dəyişikliklə yanaşı, ölkənin beynəlxalq kodu “NRU” əvəzinə “NRO” olacaq. Vətəndaşlar üçün işlədilən “Naurulu” ifadəsi də yerli dildəki “dei-Naoero” adı ilə əvəzlənəcək.
Prezident David Adeang bu addımı “yenilənmiş milli qürurun başlanğıcı” adlandırıb. BMT artıq ölkəni rəsmi sənədlərində “Naoero” adı ilə qeydiyyata alıb. Avstraliya, Yeni Zelandiya, ABŞ və Çin də yeni adı istifadə etməyə başlayıb.
Təxminən 12 min əhalisi olan Naoero Vatikan və Tuvaludan sonra əhalisinin sayına görə dünyanın üçüncü ən kiçik ölkəsidir. 1968-ci ildə müstəqillik qazanan ada dövləti hazırda iqlim dəyişikliyi və dəniz səviyyəsinin yüksəlməsi səbəbindən ciddi təhlükələrlə üz-üzədir.
Mənsumə






