Fransada meşə yanğınları nəzarətə götürüldü

Kateqoriya məlum deyil
T
Fransada son günlər geniş əraziləri əhatə edən meşə yanğınları nəhayət nəzarət altına alınıb.
Bu barədə ölkənin Baş naziri Sebastyan Lekornu "La Tribune Dimanche" qəzetinə müsahibəsində məlumat verib.
Baş nazir bildirib ki, xüsusilə Fransanın cənub-qərbində yerləşən Jirond departamentində alovla mübarizə son dərəcə mürəkkəb olub. Onun sözlərinə görə, yanğın öz hava axınlarını yaratdığı üçün alovun hansı istiqamətdə yayılacağını əvvəlcədən müəyyən etmək mümkün olmayıb.
Lekornu vurğulayıb ki, hava şəraitinin yaxşılaşması, yanğınsöndürmə qruplarının gecə-gündüz apardığı intensiv işlər və ərazilərin fasiləsiz monitorinqi nəticəsində vəziyyət sabitləşib və yanğınlar nəzarət altına alınıb.






