Fransada bina çökdü - Ölən və yaralılar var

Fransanın Qvadelupa bölgəsində qəzalı vəziyyətdə olan binanın çökməsi nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb.
Sfera.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb.
İnsident Puent-a-Pitr şəhərində baş verib. Dörd nəfər binanın dağıntıları altında qalıb. Hadisə qurbanı 20 yaşlı gənc olub.
Şəhər prokurorunun müavini Aleksandra Onfrenin sözlərinə görə, zərərçəkənlərin dördü də eyni ailənin üzvləri olub. O bildirib ki, hadisə ilə bağlı hüquq-mühafizə orqanları iki maddə üzrə cinayət işi açaraq istintaqa başlayıblar.
Puent-a-Pitrdə təhlükəsizlik məsələlərinə cavabdeh olan məmur Anri Anjelik bildirib ki, həmin binada işlər 2025-ci ilin oktyabrında verilmiş icazə əsasında aparılırdı. Layihədə yaşayış və kommersiya təyinatlı sahələrin yaradılması nəzərdə tutulurdu. Onun sözlərinə görə, bina daha əvvəl təhlükəli tikili kimi tanınmışdı. Buna baxmayaraq, mülkiyyətçilər binanı öz vəsaitləri hesabına təmir etməyə qərar vermişdilər.





