İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu

İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
Kateqoriya məlum deyil
T

Alp dağlarının altından Avstriya ilə İtaliyanı birləşdirəcək “Brenner Bazis” Tuneli layihəsində mühüm mərhələ başa çatıb.

Sfera.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb. Belə ki, sərhəd xətti boyunca aparılan qazıntılar zamanı tunelin iki əsas qalereyasını ayıran son qaya layı da sökülərək yeraltı keçid tam birləşdirilib.

Ümumi dəyəri 10,5 milyard avro olan layihə tamamlandıqdan sonra 64 kilometrlik marşrut dünyanın ən uzun yeraltı dəmir yolu tunellərindən birinə çevriləcək. Yeni xəttin 2032-ci ildə istifadəyə verilməsi planlaşdırılır.

İyulun 28-də keçirilən əməliyyat zamanı hidravlik çəkiclərlə təchiz olunmuş ekskavatorlar təxminən bir saat ərzində tunelin şərq və qərb hissələrini ayıran son qaya qatını aradan qaldırıblar. Maneələr təmizləndikdən sonra Avstriya və İtaliya tərəfdən çalışan mühəndislər və işçilər ilk dəfə tunel daxilində görüşərək layihənin mühüm mərhələsini qeyd ediblər.

Layihənin istifadəyə verilməsindən sonra Avstriya ilə İtaliya arasında yüksək sürətli qatarların hərəkəti xeyli sürətlənəcək və bəzi marşrutlarda səyahət müddəti 25 dəqiqəyədək azalacaq. Tunelin həm sərnişin, həm də yük daşımalarında Avropanın nəqliyyat şəbəkəsinə mühüm töhfə verəcəyi gözlənilir./globalinfo

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR