Polşa Ukraynaya "Patriot" raketləri göndərməyi nəzərdən keçirir

Polşa Ukraynaya "Patriot" raketləri göndərməyi nəzərdən keçirir
Kateqoriya məlum deyil
T

Polşa hökuməti Ukraynaya əlavə hərbi yardım paketinin ayrılması imkanını, o cümlədən "Patriot" hava hücumundan müdafiə sistemləri üçün raketlərin verilməsini müzakirə edir.

Sfera.az xəbər verir ki, bu barədə Polşanın Baş naziri Donald Tusk mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, ölkə ərazisində baş verən son insidentdən sonra müdafiə naziri ilə birlikdə Ukraynaya əlavə hərbi yardımın göstərilməsi məsələsi operativ şəkildə nəzərdən keçiriləcək.

"Bu insidentdən sonra müdafiə naziri ilə birlikdə Ukraynaya əlavə hərbi yardımın, o cümlədən "Patriot" zenit-raket kompleksləri üçün raketlərin ayrılması məsələsini mümkün qədər tez nəzərdən keçirəcəyik. Əgər buna ehtiyac yaranarsa, belə bir qərar qəbul edilə bilər", – deyə Tusk bildirib.

Bundan əvvəl Polşa Silahlı Qüvvələrinin Operativ Komandanlığı ölkənin hava məkanının iyulun 30-na keçən gecə naməlum uçan obyekt tərəfindən pozulduğunu açıqlamışdı.

İnci

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR