ABŞ-nin kəşfiyyat təyyarəsi ikinci gündür Rusiya sərhədi yaxınlığında uçuş həyata keçirir

ABŞ-nin kəşfiyyat təyyarəsi ikinci gündür Rusiya sərhədi yaxınlığında uçuş həyata keçirir
Kateqoriya məlum deyil
T

ABŞ-yə məxsus Bombardier ARTEMIS II kəşfiyyat təyyarəsi ardıcıl ikinci gündür Qara dəniz üzərində, Rusiya sərhədi boyunca uçuş həyata keçirib.

Sfera.az xəbər verir ki, bu barədə RIA Novosti uçuş məlumatlarının təhlilinə istinadən məlumat yayıb.

Məlumata görə, təyyarə Rumıniyadakı "Mixail Koqalniçanu" aviabazasından Moskva vaxtı ilə saat 09:00-dan əvvəl havaya qalxıb, Soçi istiqamətinə qədər uçaraq geri qayıdıb, daha sonra isə marşrutu ikinci dəfə təkrarlayıb.

Bildirilir ki, bir gün əvvəl də eyni vaxtda havaya qalxan təyyarə eyni marşrut üzrə uçuş həyata keçirmişdi.

Qeyd olunur ki, "Bombardier ARTEMIS II" ABŞ-nin Leidos şirkəti tərəfindən biznes təyyarəsindən radiolokasiya kəşfiyyatı üçün yenidən təchiz edilib və hərbi versiyada "ARTEMIS II" adını alıb.

Bundan əvvəl isə Böyük Britaniyanın Hərbi Hava Qüvvələrinə məxsus iki kəşfiyyat təyyarəsinin – "Boeing RC-135W Rivet Joint" və "Boeing Poseidon MRA1"ın da Rusiya sərhədləri yaxınlığında uçuşlar həyata keçirdiyi bildirilmişdi.

Məlumata əsasən, "RC-135W Rivet Joint" təyyarəsi Böyük Britaniyanın Uoddinqton aviabazasından havaya qalxaraq Qara dənizə istiqamətlənib, dənizin mərkəzi hissəsini keçdikdən sonra onun şərq hissəsində dövrə vurmağa başlayıb.

Digər kəşfiyyat təyyarəsi – "Boeing Poseidon MRA1" isə Şotlandiyadakı Lossimut aviabazasından havaya qalxaraq Baltik dənizi istiqamətində uçub və Kalininqrad yaxınlığındakı beynəlxalq sular üzərində bir neçə dövrə vurub.

İnci

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR