23 milyon avroya Avropanın ən hündür Məryəm ana heykəli ucaldıldı

23 milyon avroya Avropanın ən hündür Məryəm ana heykəli ucaldıldı
Kateqoriya məlum deyil
T

Polşanın Konotopie kəndində Avropanın ən hündür Məryəm ana heykəli inşa edilib. Hündürlüyü 55 metr olan abidənin açılışı avqustun 15-də – Müqəddəs Məryəmin Göyə Qaldırılması bayramı münasibətilə keçiriləcək.

Sfera.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Məlumata görə, beton və poladdan hazırlanan nəhəng abidənin tikintisinə təxminən 100 milyon Polşa zlotısı (təxminən 23,1 milyon avro) xərclənib. Layihəni Polşanın tanınmış milyarderlərindən, Boryszew sənaye qrupunun təsisçisi Roman Karkosik maliyyələşdirib. 75 yaşlı iş adamı heykəlin yerləşdiyi əraziyə yaxın bərpa olunmuş XVIII əsr sarayında yaşayır. Hazırda tikinti işlərinin son mərhələsi davam etsə də, zəvvarlar və turistlər artıq bölgəyə axın etməyə başlayıblar. Layihə Polşa cəmiyyətində fərqli reaksiyalar doğurub.

Bir qrup dindar heykəli böyük mənəvi hadisə kimi qiymətləndirərək onun insanların inamını gücləndirəcəyini bildirir. Digərləri isə hesab edir ki, bu qədər vəsait xəstəxana, uşaq evi və ya digər sosial layihələrin tikintisinə sərf oluna bilərdi. Bəzi sakinlər isə layihənin gələcəkdə turizm gəlirləri əldə etmək məqsədi daşıdığını düşünür. Katolik Kilsəsi nümayəndələri ümid edirlər ki, nəhəng abidə ölkədə dini marağın yenidən artmasına töhfə verəcək.

Son on ildə Polşada özünü katolik hesab edənlərin payının 88 faizdən 71 faizə düşdüyü bildirilir. Yerli hakimiyyət isə layihəni iqtisadi inkişaf üçün böyük imkan hesab edir. Regionun ən kasıb bələdiyyələrindən biri olan Konotopie və qonşu Kikol şəhərinin gələcəkdə məşhur ziyarət mərkəzinə çevriləcəyi, bunun da yeni iş yerlərinin açılmasına və investorların cəlb olunmasına kömək edəcəyi gözlənilir. Qeyd edək ki, 55 metrlik Məryəm ana heykəli hazırda dünyanın ikinci ən hündür bu tip abidəsidir. Birinci yerdə isə Filippində yerləşən 98 metrlik "Asiyanın Anası" abidəsi qərarlaşıb.

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR