Məhv etmək məcburiyyətində qalacağıq - Tramp

Kateqoriya məlum deyil
T
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonla Tehran arasında nüvə proqramı üzrə müvafiq razılaşma əldə edilməyəcəyi təqdirdə İranın Pikaks dağının daxilində yerləşən nüvə obyektinə zərbə vurmaq niyyətində olduğunu açıqlayıb.
Sfera.az xəbər verir ki, Ağ Ev rəhbəri bunu "Fox News" telekanalının efirində çıxışı zamanı deyib.
Ölkə başçısı mətbuatda İranın nüvə sentrifuqalarını sözügedən yeraltı əraziyə köçürməsi ilə bağlı yayılan məlumatlara belə münasibət bildirib:
"Mən Pikaksın altında nələrin baş verdiyini tam dəqiqliyi ilə bilirəm. Əgər biz hər hansı bir razılaşma imzalaya bilməsək, Pikaksı məhv etmək məcburiyyətində qalacağıq






