"SpaceX" şirkətinin kapitallaşması 1,2 trilyon dollar azalıb

İlon Maskın təsis etdiyi "SpaceX" şirkətinin bazar kapitallaşması iyun ayından bəri 1,2 trilyon dollar azalıb.
Sfera.az xəbər verir ki, bu barədə "CNBC" məlumat yayıb. Məlumata görə, "SpaceX" səhmləri birjaya çıxdıqdan sonra iyunun ortalarında 225,6 dollara qədər yüksəlsə də, iyulun 27-də hərraclar 113,5 dollar səviyyəsində başa çatıb.
Nəticədə şirkətin bazar dəyəri 1,2 trilyon dollar azalıb. Müqayisə üçün qeyd edək ki, İlon Maskın rəhbərlik etdiyi digər şirkət olan Tesla-nın bazar kapitallaşması hazırda 1,22 trilyon dollar təşkil edir. İlon Mask daha əvvəl zarafatla özünü “keçmiş trilyoner” adlandırmışdı. O, iyunun 12-də SpaceX səhmlərinin ticarətə başlamasından sonra sərvəti 1 trilyon dolları ötən ilk şəxs olmuşdu. Lakin iyunun 24-də onun sərvəti 957 milyard dollara düşüb. Hazırda isə Bloomberg Billionaires Index-in məlumatına görə, Maskın sərvəti 709 milyard dollar təşkil edir.
Firuzə Əliyeva






