Nəzarətsiz qalan uşaqlar qazdan zəhərlənib öldülər

Kateqoriya məlum deyil
T
Mahaçqalada məişət qazından zəhərlənmə nəticəsində üç uşaq həlak olub.
Sfera.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Saytlar Dağıstan Respublikasının Prokurorluğuna istinad ediblər.
İlkin məlumatlara görə, iyulun 25-də Buqlen küçəsindəki evdə nəzarətsiz qalan uşaqlar onlar üçün əlçatan yerdə yerləşən qaz kranını açıblar. Nəticədə onlar zəhərlənərək həlak olublar.
Faktla bağlı ehtiyatsızlıqdan ölümə səbəb olma barədə cinayət işi başlanıb ki, bu da dörd ilə qədər azadlıqdan məhrumetməni nəzərdə tutur.






