ABŞ yeni hərbi əməliyyata hazırlaşır?

ABŞ yeni hərbi əməliyyata hazırlaşır?
Kateqoriya məlum deyil
T

Mali hakimiyyəti ABŞ-nin ölkə ərazisində "Camaat Nüsrət əl-İslam vəl-Müslimin" (JNIM) qruplaşmasına qarşı mümkün hərbi zərbələri ilə bağlı heç bir rəsmi təsdiq almadığını açıqlayıb.

Sfera.az xəbər verir ki, bunu Malinin xarici işlər naziri Abdullaye Diop bildirib.

Nazirin sözlərinə görə, indiyədək nə ABŞ hökuməti, nə də Amerika rəsmiləri bu məsələ ilə bağlı rəsmi açıqlama və ya təsdiq təqdim ediblər.

"Hazırda bu məsələ ilə bağlı nə təsdiqimiz, nə də ABŞ tərəfindən rəsmi açıqlama var. Buna görə də Vaşinqtonun hansı mövqe tutacağını bilmirik", – deyə Diop qeyd edib.

O vurğulayıb ki, təhlükəsizlik və müdafiə məsələlərində Mali ilk növbədə öz imkanlarına güvənir. Nazir əlavə edib ki, ölkə ilə əməkdaşlıq etmək istəyən bütün tərəfdaşlar Malinin suverenliyinə hörmət etməli və əvvəlcə ölkənin hansı dəstəyə ehtiyac duyduğunu öyrənməlidirlər.

Qeyd edək ki, daha əvvəl "The Washington Post" qəzeti ABŞ Prezidenti Donald Tramp administrasiyasının Malidə "Əl-Qaidə" ilə əlaqəli JNIM qruplaşmasına qarşı hərbi əməliyyat keçirmək imkanını nəzərdən keçirdiyini yazmışdı. Nəşrin məlumatına görə, ABŞ rəhbərliyi daxilində bu zərbələrin məqsədəuyğunluğu ilə bağlı fikir ayrılıqları mövcuddur.

İnci

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR