İrlandiya Ukraynaya 125 milyon avro ayırır

İrlandiya Ukraynaya 125 milyon avro ayırır
Kateqoriya məlum deyil
T

İrlandiya hökuməti 2026-cı ildə Ukraynaya 125 milyon avro məbləğində yeni ikitərəfli yardım paketi ayıracağını açıqlayıb.


Sfera.az xəbər verir ki, bu barədə İrlandiyanın Baş naziri Mişel Martin və xarici işlər və ticarət naziri Helen MakEnti məlumat veriblər.


Bildirilib ki, yardım paketinin 100 milyon avrosu Ukraynaya prioritet qeyri-öldürücü hərbi avadanlıqların tədarükünə yönəldiləcək.


Qalan 25 milyon avro isə qış mövsümü ərəfəsində ölkənin kritik infrastrukturunun, xüsusilə enerji sisteminin bərpası və mühafizəsinə sərf olunacaq.


Məlumata görə, Baş nazir Mişel Martin bu gün Kiyevə rəsmi səfər edib. Səfər çərçivəsində Ukraynaya göstərilən dəstəyin davam etdirilməsi və iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi məsələlərinin müzakirə olunacağı gözlənilir.


Qeyd edək ki, İrlandiya 2022-ci ilin fevralından bəri Ukraynadan gələn çoxsaylı qaçqınları qəbul edən Avropa ölkələrindən biridir. Dublin bu müddət ərzində Kiyevə ümumilikdə 550 milyon avrodan çox yardım göstərib.

Firuzə Əliyeva
Sfera.az


PAYLAŞ

OXŞAR XƏBƏRLƏR