Ukrayna hərbçiləri açıqladı: Ruslar üçün ən vacib nöqtə...

Kateqoriya məlum deyil
T
Rusiya qoşunları Dobropolya-Kramatorsk magistral yolu üzərində atəş nəzarəti yaratmağa çalışır.
Sfera.az xəbər verir ki, bu barədə Ukrayna mediası cəbhədə döyüşən hərbçilərə istinadən məlumat verib.
"Ehtimal ki, Rusiya qoşunlarının əsas əməliyyat məqsədlərindən biri Dobropolya-Kramatorsk magistral yolu üzərində atəş nəzarəti yaratmaqdır", - deyə bildirilib.
Qeyd edilir ki, bu planın həyata keçirilməsi Ukrayna qoşunlarının maddi-texniki təminatını əhəmiyyətli dərəcədə çətinləşdirə və ərazidəki əməliyyat vəziyyətinə təsir göstərə bilər. O, Dobropolya istiqamətini yaxın gələcəkdə ən vacib istiqamətlərdən biri adlandırıb./axar






