Çində yeni qaydalar qüvvəyə mindi: Virtual eşqlərə son

Çində yeni qaydalar qüvvəyə mindi: Virtual eşqlərə son
Kateqoriya məlum deyil
T

Çində süni intellektlə işləyən virtual tanışlıq tətbiqlərinə qarşı sərt məhdudiyyətlər tətbiq olunub. Qərarın əsas səbəbi kimi bu platformaların istifadəçilərdə emosional asılılıq yaratması, real münasibətlərə mənfi təsir göstərməsi və ölkədə doğum səviyyəsinin azalmasını sürətləndirə biləcəyi göstərilir.

Sfera.az xəbər verir ki, Çinin Kiberməkan Administrasiyası və daha beş dövlət qurumu tərəfindən hazırlanan yeni qaydalar 15 iyul 2026-cı il tarixindən qüvvəyə minib.

Yeni tənzimləmələrə əsasən, süni intellektlə işləyən virtual tanışlıq və romantik münasibət xidmətləri ciddi şəkildə məhdudlaşdırılıb. Qaydalar istifadəçilərin süni intellektlə emosional bağ qurmasının qarşısını almağı və onların real insan münasibətlərindən uzaqlaşmamasını hədəfləyir.

Qərardan sonra “ByteDance”, “Alibaba” və “Tencent” kimi Çinin aparıcı texnologiya şirkətləri süni intellekt əsaslı tanışlıq funksiyalarını dayandırdıqlarını açıqlayıblar.

Yeni qaydalara əsasən, bu tip sistemlər istifadəçilərə istənilən vaxt xidmətdən imtina etmək imkanı yaratmalı, eyni zamanda qarşı tərəfin real insan deyil, süni intellekt olduğunu mütəmadi şəkildə xatırlatmalıdır.

Pekin administrasiyası hesab edir ki, virtual münasibətlərin yayılması real ailə münasibətlərinə və demoqrafik göstəricilərə mənfi təsir göstərə bilər. Məhz buna görə də hökumət bu addımla ölkədə azalan doğum səviyyəsinin qarşısını almağa çalışır.

Qərarın qüvvəyə minməsindən sonra minlərlə istifadəçi “Weibo” və digər sosial şəbəkələrdə süni intellekt tərəfdaşları ilə söhbət tarixçələrini paylaşaraq onlarla vidalaşıb.

Bildirilir ki, “Doubao” istifadəçilərinə məlumatlarını ixrac etmək üçün oktyabrın ortalarınadək vaxt verib. “ByteDance” isə istifadəçilərini “Maoxiang” adlı yeni tətbiqə yönləndirir. Bununla belə, yeni platformanın da qəbul edilən qaydalara uyğun fəaliyyət göstərəcəyi vurğulanır.

Mənsumə

Sfera.az

PAYLAŞ