ABŞ kommunist dövlət olmayacaq - Tramp

Kateqoriya məlum deyil
T
ABŞ Prezidenti Donald Tramp ölkəsinin heç vaxt kommunist dövlətə çevrilməyəcəyinə əmin olduğunu bildirib.
Sfera.az xəbər verir ki, Ağ Ev rəhbəri bunu Cənubi Dakota ştatındakı Raşmor dağı yaxınlığında ABŞ-nin 4 İyul – Müstəqillik Günü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı deyib.
"Amerika heç vaxt kommunist ölkə olmayacaq. Siz ya Karl Marksa sadiq ola bilərsiniz, ya da Amerikaya. Ya kommunist ola bilərsiniz, ya da vətənpərvər. Hər ikisi eyni anda mümkün deyil”, - deyə o bildirib.
Trampın sözlərinə görə, ABŞ-də "kommunist təhlükəsinin dirçəlişi" müşahidə olunur və bu təhlükə, o cümlədən ölkəyə yeni gələnlərdən qaynaqlanır./Trend
Açar sözlər:
