Vaşinqtonda tarixi görüşə saatlar qaldı: Rəsmi protokol elan olundu

Vaşinqtonda tarixi görüşə saatlar qaldı: <span style="color:#ff0000">Rəsmi protokol elan olundu</span>
Kateqoriya məlum deyil08.08.25, 12:4330 👁️
T

ABŞ-nin paytaxtı Vaşinqtonda Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə keçiriləcək tarixi görüşə sayılı saatlar qalır. ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə baş tutacaq bu diplomatik proses, Cənubi Qafqazda sülh istiqamətində mühüm addım kimi qiymətləndirilir.

 

Sfera.az xəbər verir ki, rəsmi protokola əsasən, görüşlər Bakı vaxtı ilə saat 22:30-dan etibarən başlayacaq.

 

İlk olaraq, Prezident Tramp Ermənistanın Baş naziri Nikol Paşinyanı qəbul edəcək. Daha sonra ikitərəfli görüş və sənəd imzalanma mərasimi keçiriləcək.


Ardınca Prezident Tramp Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayacaq və eyni qaydada ikitərəfli görüş və sənəd imzalanacaq.


Gecə yarısına yaxın isə üç lider – Tramp, Əliyev və Paşinyan arasında üçtərəfli imzalanma mərasimi planlaşdırılıb. Bu mərasim Bakı vaxtı ilə saat 00:15-də baş tutacaq.


Görüş cədvəli aşağıdakı kimidir:


    14:30 (Bakı vaxtı ilə 22:30) – Tramp Paşinyanı qarşılayır
    14:35 (Bakı vaxtı ilə 22:35) – Tramp və Paşinyan arasında ikitərəfli görüş
    15:05 (Bakı vaxtı ilə 23:05) – Tramp və Paşinyan arasında sənəd imzalanma mərasimi
    15:10 (Bakı vaxtı ilə 23:10) – Tramp İlham Əliyevi qarşılayır
    15:15 (Bakı vaxtı ilə 23:15) – Tramp və Əliyev arasında ikitərəfli görüş
    15:45 (Bakı vaxtı ilə 23:45) – Tramp və Əliyev arasında sənəd imzalanması
    16:15 (Bakı vaxtı ilə 00:15) – Tramp, Əliyev və Paşinyan arasında üçtərəfli imzalanma mərasimi

 

Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ
Sehliyali
Yüklənir...