İtirilmiş əraziləri qaytarmaq mümkün deyil - Zelenskidən etiraf

İtirilmiş əraziləri qaytarmaq mümkün deyil - <span style="color:#ff0000">Zelenskidən etiraf</span>
Kateqoriya məlum deyil08.08.25, 12:257 👁️
T

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın nəzarətinə keçmiş ərazilərin Ukraynaya qaytarılmasının mümkünsüz olduğunu etiraf edib.

 

Sfera.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "The Telegraph" qəzeti xəbər verib.

 

Bildirilir ki, Ukrayna Rusiyanın nəzarətinə keçmiş ərazilərin beynəlxalq tanınmaması şərti ilə atəşkəsin dayandırılmasını müsbət qarşılayardı.

 

Bununla belə, Zelenski artıq Silahlı Qüvvələrin köməyi ilə ərazilərin azad edilməsinin mümkün olmadığını və razılaşmaya nail olmaq üçün diplomatik yolların axtarılmasının zəruriliyini etiraf edib.

 

ABŞ-nin "Gallup" sosioloji xidməti tərəfindən keçirilmiş ictimai rəy sorğusunun nəticələrinə görə, sülh danışıqları yolu ilə münaqişənin tez bir zamanda başa çatmasını istəyən ukraynalıların payı 69%-ə çatıb ki, bu da 2022-ci ilin göstəricisindən üç dəfədən çox yüksəkdir.

PAYLAŞ
Sehliyali
Yüklənir...