Zelenski ilə görüş mümkündür - Putin

Dünya
16:25 / 07.08.2025
2666
Rusiya Prezidenti Vladimir Putin Ukrayna lideri Volodimir Zelenski ilə görüşə qarşı olmadığını bildirib.
Sfera.az “Qazeta.ru” ya istinadən xəbər verir ki, o, belə danışıqların baş tutması üçün uyğun şərtlərin formalaşmasının vacib olduğunu qeyd edib.
“Dəfələrlə demişəm ki, ümumilikdə, bu görüşə qarşı deyiləm, bu mümkündür. Lakin bunun üçün müəyyən şəraitin yaradılması vacibdir”, – deyə Putin bildirib.
Rusiya liderinin sözlərinə görə, belə bir şəraitin yaranması hələlik uzaq perspektivdə görünür.
Fidan Hacızadə
Sfera.az