Qardaş ölkədə güclü ZƏLZƏLƏ OLDU

Dünya
19:30 / 05.08.2025
2655
Qırğızıstanda 5,1 bal gücündə zəlzələ baş verib.
Sfera.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) saytında məlumat verilib.
Mərkəzin məlumatına görə, yeraltı təkanlar UTC saat 13:44-də (Bakı vaxtı ilə 16:44) qeydə alınıb. Zəlzələnin ocağı Bazar-Korqon qəsəbəsindən 33 kilometr şimal-şimal-qərbdə, 10 kilometr dərinlikdə yerləşib. Qəsəbənin əhalisi 27,7 min nəfərdir.
Bir neçə saat əvvəl İranda da 5,6 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar təxminən 99 min əhalisi olan Bam şəhərindən 125 kilometr cənub-şərqdə qeydə alınıb.