Saxta diplom qalmaqalı Türkiyə mediasında - FOTO

Saxta diplom qalmaqalı Türkiyə mediasında - FOTO

ABŞ-də yaşayan jurnalist Qənirə Ataşova “VMR Estetik” klinikasının kosmetoloqu Gülsüm Əliyevanın saxta diplomla həkim kimi çalışması haqda yeni paylaşım edib.

 

Sfera.az “axşam.az”a istinadən xəbər verir ki, jurnalist bu məsələnin Türkiyə mediasının gündəmində olduğunu bildirib:


 

“Azərbaycan səhiyyəsində olan saxta diplom skandalı Türkiyədə də əks-səda verir. NTV-nin məşhur xəbər şərhçisi Kamal Öztürk atdığı tvitlə diqqət çəkib. Əziz Azərbaycan səhiyyəsinin məsul şəxsləri, unutmayaq saxta diplom real ölümün açarıdır”.

 


Kamal Öztürk paylaşımında “Türkiyədki saxta diplom məsələsinin ən önəmli hissəsinin Azərbaycanda olduğu görünür. Yüzlərcə insan Türkiyədən saxta diplom alaraq cərrahlıq, həkimlik, estetik həkim, vəkillik kimi işlər görür.

 

Saxta həkimlərin ucbatından ölənlər var” sözləri yer alıb.

 

Qeyd edək ki, Q.Ataşova G.Əliyevanın diplomu olmadan plastik əməliyyat etdiyini nümayiş etdirib.

 


OXŞAR XƏBƏRLƏR