Netanyahu orduya Qəzza ilə bağlı tapşırıq verəcək

Dünya
17:49 / 04.08.2025
6005
İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza ilə bağlı atılacaq sonrakı addımları müəyyənləşdirmək üçün şənbə günü Nazirlər Kabinetinin iclasını keçirəcək.
Sfera.az APA-ya istinadən xəbər verir ki, bu barədə onun özü açıqlama verib.
O bildirib ki, toplantıda hərbi cəhətdən qarşıya qoyulan üç hədəfə nail olmağın yolları nəzərdən keçiriləcək:
“Qarşı tərəfin məğlub edilməsi, girovların azadlığına nail olmaq, eləcə də Qəzzanın artıq İsrailə təhlükə yaratmasına imkan verilməməsi əsas məqsədlərimizdir. Mən orduya Qəzzada bu üç məqsədə nail olmaqla bağlı tapşırıq verəcəyəm”.