Litva prezidenti hökumətin istefasını qəbul etdi

Dünya
17:12 / 04.08.2025
4484
Litva prezidenti Qitanas Nauseda hökumətin və baş nazir Qintautas Paluskasın istefası haqqında fərman imzalayıb.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, məlumata əsasən, prezident fərmanı imzalayaraq hökumətin səlahiyyətlərinə xitam verib.
Xatırladaq ki, iyulun 31-də korrupsiya qalmaqalı fonunda Qitanas Nauseda baş nazirə siyasi gələcəyi ilə bağlı qərar vermək üçün iki həftə vaxt vermişdi. Paluckas isə qısa müddət sonra “məişət səbəbləri ilə” məzuniyyətə çıxmışdı.
Baş nazirin qohumlarının şirkətinə milli bankdan güzəştli kreditlərin ayrılması və paytaxt bələdiyyəsinə rəhbərlik etdiyi dövrdə mübahisəli daşınmaz əmlak alışı ilə bağlı ittihamlar qalmaqala səbəb olmuşdu.
Fidan Hacızadə
Sfera.az