III Şuşa Qlobal Media Forumu “Euronews”da!- VİDEO


III Şuşa Qlobal Media Forumu “Euronews”da!- VİDEO

“Euronews” telekanalı III Şuşa Qlobal Media Forumundan reportaj hazırlayıb.

 

Sfera.az xəbər verir ki, xəbər verir ki, reportaj “III Şuşa Qlobal Media Forumunda süni intellekt müzakirə mərkəzində” adı ilə yayımlanıb.

 

Qeyd olunub ki, forumda dünyanın aparıcı xəbər agentliklərinin, texnologiya şirkətlərinin və elmi-tədqiqat institutlarının təmsilçiləri çıxış edərək, süni intellektin inkişafı fonunda yaranan çağırışlar – dezinformasiyanın yayılması, etik standartların müəyyənləşdirilməsi və media savadlılığının artırılması kimi məsələləri müzakirə ediblər.

 

“Çıxış edənlər sürətlə dəyişən informasiya mühitində medianın dayanıqlığını təmin etmək üçün ölkələr arasında daha sıx əməkdaşlığa ehtiyac olduğunu vurğulayıblar. Redaksiya prosesində süni intellektin məsuliyyətli tətbiqi mövzusu xüsusi diqqət mərkəzində olub. Azərbaycan üçün bu forum həm də regionun qlobal informasiya proseslərində artan rolunu nümayiş etdirmək, həmçinin süni intellektə uyğunlaşmaq və media etikasını gücləndirmək öhdəliyini göstərmək baxımından əhəmiyyətli platforma olub”, - telekanal vurğulayıb.

 


OXŞAR XƏBƏRLƏR

Sərnişinlər gecikmək qorxusu ilə hava limanında kütləvi dava saldılar - VİDEO

Barselona hava limanında böyük növbələr səbəbindən dava baş verib. “Ryanair”in İspaniyadakı uçuşları üçün uzun növbələrin videoları internetdə ...

Yeni Klinikanın direktoru orqanlarını bağışladı

Yeni Klinikanın direktoru Barat Yusubov orqanlarını bağışlayıb.   Sfera.az xəbər verir ki, bu barədə Barat Yusubov sosial şəbəkə hesabında məlumat ya...

Bu şəxslər Rusiyada iş tapa bilməyəcək

Rusiya Əmək Nazirliyi rus dilini bilməyən əcnəbi işçilərin bir sıra xidmət sektorunda işə götürülməsini qadağan edən qanun layihəsi təklif edib.   Sf...

Pərviz Yusifova yeni vəzifə verildi - FOTO

Kənd təsərrüfatı naziri Məcnun Məmmədova yeni müşavir təyin edilib.   Sfera.az APA-ya istinadən xəbər verir ki, bu vəzifə Pərviz Yusifova həvalə...

Sabah bu şəxslər ehtiyatlı olsunlar! - XƏBƏRDARLIQ

Sabah ölkə ərazisində meteohəssas insanlar üçün əlverişsiz hava şəraiti müşahidə olunacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidət...

Sərnişin limiti keçən çamadanı əl baqajı ölçülərinə uyğunlaşdırdı - VİDEO

Sərnişin hava limanında əl yükünün ölçülərini yoxlamaq üçün çamadanını zorla metal qutuya yerləşdirdikdən sonra sosial media ulduzuna çevrilib. Video əvvəlcə Ti...